Bakıda ağır qəza: 6 nəfər yaralandı, 3-ü uşaqdır

 Bakıda ağır qəza:    6 nəfər yaralandı, 3-ü uşaqdır
  05 Avqust 2019    Oxunub:3216
Bakı şəhəri, Suraxanı rayonu ərazisində, Hövsan-Türkan yolunda ağır qəza baş verib.
Azvision.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib: "30 yaşlı qadın, 14, 4, 7 və 5 yaşlı uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub".

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti