Bakıda avtoxuliqanlıq edən ll qrup əlil saxlanıldı - FOTOLAR

  Bakıda avtoxuliqanlıq edən ll qrup əlil saxlanıldı -    FOTOLAR
  05 Avqust 2019    Oxunub:2036
Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən ona saxla işarəsi verilib.



Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkətini davam etdirib. Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü saxlanılan zaman məlum olub ki, o avtomobili idarə etmək hüqüqu olmadan sükan arxasına keçib.

Sürücü barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.



Məhkəmənin qərarına əsasən, Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrinə 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub və 500 manat məbləğində cərimə edilib.



Qeyd edək ki, avtoxuliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb.



Azvision.az



Teqlər: DİN   Avtoxuliqan  





Xəbər lenti