20 yaşlı qadının üstünə ağac düşdü - Vəziyyəti orta-ağırdır

   20 yaşlı qadının üstünə ağac düşdü -    Vəziyyəti orta-ağırdır
  05 Avqust 2019    Oxunub:2550
Bakının Səbail rayonunda, Dövlət Akademik Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində ağacın budağı qırılaraq 20 yaşlı qadının üstünə düşüb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı saat 12:05-də təcili yardıma çağırış daxil olub. Qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti orta-ağırdır

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağac   Qadın   Xəstəxana  





Xəbər lenti