Şoyqu Azərbaycana aid ekspozisiyalara baxış keçirdi - VİDEO

Şoyqu Azərbaycana aid ekspozisiyalara baxış keçirdi -    VİDEO
  05 Avqust 2019    Oxunub:2476
Moskvada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında iştirak edən ölkələrin nümayiş etdirdikləri tarix, mədəniyyət, incəsənət və milli mətbəx nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
Azvision.az xəbər verir ki, Azərbaycanın Müdafiə naziri ilə birgə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçiriblər.



Müdafiə naziri eyni zamanda “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb. Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara yüzlərlə milli mətbəx nümunələri təqdim edilir.

Ölkəmizin ekspozisiyasını maraqla izləyən çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxırlar.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Rusiya   Zakir-Həsənov   Şoyqu  





Xəbər lenti