Zamanovu bıçaqla hədələyib pulunu aldılar

Zamanovu bıçaqla hədələyib pulunu aldılar
  05 Avqust 2019    Oxunub:1792
Nərimanov rayonu ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini N.Zamanovu bıçaqla hədələyib 700 ABŞ dolları və 990 manat pulunu alıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş K.İbrahimov və Xaçmaz rayon sakini Ş.Niftalıyev saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti