Hava şəraiti pilotun axtarışına mane olur

   Hava şəraiti pilotun axtarışına mane olur
  05 Avqust 2019    Oxunub:2190
“Hazırda pilotun axtarışları davam etdirilir. Bildiyimiz kimi, bu gün hava küləklidir. Əlverişsiz hava şəraiti axtarışları lazımi sürətdə aparmağa mane olur”.

Bunu Azvision.az -a açıqlmasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, xüsusilə gəmilərin küləkli havada işləməsi çətindir: “Axtarışlar son nəticəyə qədər davam edəcək. Türkiyədən gələn dalğıclar havanın necə olmasından asılı olmayaraq işləyirlər”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Pilot   Axtarış   Dəniz   Təyyarə  





Xəbər lenti