Bakıda 136 məscid, 25 pir və ziyarətgah var

 Bakıda 136 məscid, 25 pir və ziyarətgah var
  05 Avqust 2019    Oxunub:3440
Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-si İslam, 35-ü isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda, ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.

Bundan başqa, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Azvision.az


Teqlər: Məscid  





Xəbər lenti