“Sədərək”dəki yanğında 16 nəfərə tibbi yardım göstərilib

“Sədərək”dəki yanğında 16 nəfərə tibbi yardım göstərilib
  05 Avqust 2019    Oxunub:2524
Dünən "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı təcili yardıma müraciət edənlərin sayı 16 nəfər olub.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 6-na yerində yardım edilib:
"10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, digərləri yanğının söndürülmasində iştirak edən FHN və DİN -in əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".

Qeyd edilib ki, hazırda hadisə ilə bağlı xəstəxanada heç kəs qalmayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sədərək   Yanğın   Xəstəxana   Səhiyyə  





Xəbər lenti