Milli Məclisdə qiymət qalmaqalı: SPİKER ƏSƏBLƏŞDİ

Milli Məclisdə qiymət qalmaqalı: SPİKER ƏSƏBLƏŞDİ
  03 Dekabr 2013    Oxunub:1181
Milli Məclisin iclasında YAP-çı deputat Siyavuş Novruzov çıxışına Vilnüs sammiti ilə başlayıb. AzVision.az-ın məlumatına görə, deputat sammitin Azərbaycanın xarici siyasətində böyük uğur olduğunu deyib.

“Azərbaycanın bütün qurumlarla yaxın münasibəti var, eləcə də yaxın qonşularla . Bu, bir daha göstərir ki, Azərbaycana heç kim, heç nəyi diktə edə bilməz”.

Deputat daha sonra qiymət artımından danışıb. O, həmkarı Fazil Mustafanın qiymət artımı ilə bağlı tənqidi fikirlərinə cavab verib:

“Mən bu qiymət artımı ilə bağlı danışmaq istəyirəm. Deyəsən, Azərbaycan dövləti Fazil Mustafadan daha az düşünür. Bu, əsaslandırılır, analiz aparılır. Rabitə xərcləri də azaldıldı. Prezidentin sərəncamı ilə əmək haqqı, pensiya artırıldı. Kənd təsərrüfatı malları vergidən azad edildi. O cümlədən demək istəyirəm ki, Azərbaycanın neftindən sosial təbəqə də istifadə olunur. Hesab edirəm ki, neftdən gələn gəlirdən Fazil Mustafa da az istifadə etmir”.

Spiker Oqtay Əsədov da F.Mustafaya cavab verib.

“Fazil Mustafa yaxşı bir təklif elədi. O velosiped yolunun çəkilməsini bildirdi. Düzdür, o ,bunu məzə ilə dedi. Amma pis təklif deyildi. Parisdə də digər ölkələrdə velosiped sürürlər”.

Daha sonra millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. O da qiymət artımından gileylənib.

Qeyd edib ki, rayona gedib-gələndə bir təqaüdçünün əmək haqqı qədər benzinə pul verir:

“Ayda 3-4 dəfə gedib gəlsəm, bu nə qədər pul edir. O zaman millət vəkillərinin benzin pulu dövlət tərəfindən ödənilsin, ya da deputat rayonlarla əlaqəni kəssin“.

Sabir Rüstəmxanlının bu sözlərinə spiker Oqtay Əsədovdan cavab gecikməyib: “Siz deputat seçiləndə dövlət öhdəlik götürmüşdü ki, millət vəkilinə maşın, ya sürücü verəcək? Danışanda buna diqqət edin. Ötən dəfə də bu haqda danışılmışdı”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti