“Instagram”da problem yaranıb

“Instagram”da problem yaranıb
  04 Avqust 2019    Oxunub:2626
"Instagram" sosial şəbəkəsinin işində problem yaranıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, problem əsasən ABŞ, Böyük Britaniya, Fransa, Niderland, Almaniya, Belçika, Serbiya, Polşa, Meksika və Rusiyada müşahidə olunur.

İstifadəçilər xəbər lentinin və postların yenilənməməsindən şikayətlənirlər. Bir çoxları isə "Instagram" hesabına daxil ola bilmədiklərini deyirlər. Şirkət isə bu barədə hər hansı məlumat yaymayıb.

Azvision.az



Teqlər: İnstagram  





Xəbər lenti