ABŞ-da silahlı insident: 20 nəfər ölüb - (Yenilənib)

 ABŞ-da silahlı insident:  20 nəfər ölüb - (Yenilənib)
  04 Avqust 2019    Oxunub:3445
ABŞ-ın Texas ştatında yerləşən “Walmart” ticarət mərkəzində silahlı insident zamanı 20 nəfər ölüb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 nəfər isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.
ABŞ prezidenti Donald Tramp hadisəni kəskin şəkildə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

***
(00:25)

ABŞ-ın Texas ştatında silahlı insident olub.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində atışma zamanı 10 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Silahlı şəxslərdən biri saxlanılıb, digərləri polis tərəfindən axtarılır. Cinayətin təfərrüatı barədə əlavə məlumat verilməyib.

Azvision.az



Teqlər: ABŞ   Atışma  





Xəbər lenti