Abşeronda arvad ərini döyüb xəstəxanalıq etdi

  Abşeronda arvad ərini döyüb xəstəxanalıq etdi
  04 Avqust 2019    Oxunub:3039
Abşeron rayonunda döyülmə hadisəsi baş verib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə Höküməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Kiçikbəyov Rüfət Hacıbala oğlu ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən döyülüb.

K. Rüfət ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Abşeron   Kişi   Qadın   Arvad   Döymək   Xəstəxana  





Xəbər lenti