30 yaşlı qadın suda boğuldu, uşaq xilas edildi
Azvision.az xəbər verir ki, hadisə ilə bağlı təcili tibbi yardıma saat 15:26-da çağırış daxil olub. Məlumatda iki nəfərin suda boğulması bildirilib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.
Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı Şəhər Xəstəxanasıma keçirilməsi planlaşdırılır.
Azvision.az