Azərbaycanda 2 məktəbli, 34 fəhlə narkotiklə tutulub - SİYAHI

  Azərbaycanda 2 məktəbli, 34 fəhlə narkotiklə tutulub -  SİYAHI
  03 Avqust 2019    Oxunub:2866
2018-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə 2527 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub.

Bildirilib ki, onlardan 7-si 18 yaşadək, 172-si 18-25 yaşadək, 323-ü 26-29 yaşadək, 2025-sı 30 yaşdan yuxarı, o cümlədən 34-ü fəhlə, 2148-i işləməyənlər, qulluqçu və ya maddi məsul şəxs, 2-si orta məktəb şagirdi, 927-si əvvələr cinayət törətmişlər, 15-i əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 2484-ü kişilər, 43-ü qadınlar, 58 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.



Eyni zamanda 6 il ərzində cinayət məsuliyyətinə 14984 nəfər cəlb olunub. Onlardan 296 nəfəri qadın, 317 nəfəri isə xarici ölkə vətəndaşı olub.

Azvision.az



Teqlər: Narkotik  





Xəbər lenti