İndoneziyada şiddətli zəlzələ olub

İndoneziyada şiddətli zəlzələ olub
  02 Avqust 2019    Oxunub:1829
İndoneziyanın Sumatra adasında 7 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmət Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar sahildən 228 kilometr aralıda, açıq dənizdə qeydə alınıb. Zəlzələnin ocağı 59 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində ölən və yaralıların olması barədə məlumat yoxdur. Əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Zəlzələ   İndoneziya   Sunami  





Xəbər lenti