Bayramda qatarla Gəncəyə gedənlərin nəzərinə!

Bayramda qatarla Gəncəyə gedənlərin nəzərinə!
  02 Avqust 2019    Oxunub:1226
Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, Bakıdan avqustun 10-da 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

Bakıdan və Gəncədən avqustun 13-də 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə isə Gəncədən saat 18:30-da yola düşəcək və saat 22:45-də Bakıya çatacaq.

Azvision.az



Teqlər: Qatar   Gəncə  





Xəbər lenti