DSX-nin sərhəddə yaralanan əsgəri əməliyyat olundu - FOTO

DSX-nin sərhəddə yaralanan əsgəri əməliyyat olundu -  FOTO
  02 Avqust 2019    Oxunub:2848
2019-cu ilin 31 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qul­luqçu üzərində avqust ayının 1-də aparıl­mış cərrahiyyə əmə­liy­yatı uğurla başa çatıb. Hazırda vəziyyəti qənaətbəxşdir.
DSX-dən Azvision.az -a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çək­ib , cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub.

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətən­pərvərlik və düş­mə­nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə­cəyinə onları əmin edib.



Azvision.az


Teqlər: DSX   Əsgər  





Xəbər lenti