Xəzərə düşən pilotun axtarışları davam edir

  02 Avqust 2019    Oxunub : 1877
Xəzərə düşən pilotun axtarışları davam edir
"Hazırda axtarış işləri davam etdirilir. Türkiyədən gələn mütəxəssislər də ciddi işləyirlər. Təəssüflər olsun ki, hələ nəticə yoxdur".
Bunu Azvision.az -a açıqlmasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, axtarış işləri daha çox şimal istiqamətinə yönəldilib: "Axtarışlar aparılan hissə sahildən 25 kilometr uzaqlıqdadır. Helikopterlər, gəmilər və sualtı dalğıclar axtarışlar aparır. Hazırda ciddi axtarış işləri gedir”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Axtarış   Pilot   MİQ-29