Bulvarda intihar edən gəncin meyiti sudan çıxarıldı

Bulvarda intihar edən gəncin meyiti sudan çıxarıldı
  02 Avqust 2019    Oxunub:2458
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, dənizə düşən şəxs 21 yaşlı oğlandır. O, intihar məqsədilə bulvar ərazisində özünü suya atıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti