8 rayondan oğurluq edən dəstənin cinayət əməlləri
Adıçəkilən şəxslər cari ilin iyul ayının müxtəlif vaxtlarında Ağsu, İsmayıllı, Hacıqabul, Qaradağ, Qobustan, Sabirabad və Şamaxı rayonlarında yerləşən fərdi yaşayış evlərinə, aptek və mağazala qanunsuz daxil olaraq, oradan nağd pul, müxtəlif növ içkilər, tütün məmulatları və telefon aksesuarları, eləcə də Qaradağ rayonunda yerləşən mağazaların birində olan iki ədəd ödəmə terminalı və seyfdən 12000 manata yaxın pulu oğurlamaqla, ümumilikdə zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar.
Həmin şəxslərin ətrafında istintaq hərəkətləri davam etdirilir.
Azvision.az