Pakistanda təyyarə qəzası: 19 ölü, 16 yaralı

Pakistanda təyyarə qəzası:    19 ölü, 16 yaralı
  30 İyul 2019    Oxunub:2257
Pakistan Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ravalpindi şəhəri üzərində təlim uçuşu zamanı baş verib. Qəzadan sonra bir neçə binanı əhatə edən yanğın olub.

Məlumata görə, təyyarə qəzası nəticəsində 19 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Ölənlər arasında yerli sakinlər də var. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Pakistan   Təyyarə   Qəza  





Xəbər lenti