Ermənistan ordusunun hərbçisi məhv edilib

 Ermənistan ordusunun hərbçisi məhv edilib
  29 İyul 2019    Oxunub:9973
İşğalçı Ermənistan ordusu itki verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müqavilə əsasında xidmət edən 1995-ci il təvəllüdlü hərbi qulluqçu Arman Bulqadaryan Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində məhv edilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan faktı təsdiqləyib.

Azvision.az



Teqlər: Qarabağ   Ermənistan   İşğalçı  





Xəbər lenti