Bakıda 6 nəfər dənizdə batıb

   Bakıda 6 nəfər dənizdə batıb
  29 İyul 2019    Oxunub:2832
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfərin, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti