Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb
  28 İyul 2019    Oxunub:1635
Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İnterpol"un axtarış siyahısında yer alan, 2015-ci ildə sui-qəsd cəhdində şübhəli sayılan 1989-cu il təvəllüdlü T. C Samtsxe-Cavaxeti Polis Departamentinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub. (APA)

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti