İraqın XİN rəhbəri “erməni genosidi qurbanlarını” yad edəcək

İraqın XİN rəhbəri “erməni genosidi qurbanlarını” yad edəcək
  02 Dekabr 2013    Oxunub:1147
Zəbari Ermənistana gedir
İraqın Xarici işlər naziri Hoşiyar Zəbari bu gün erməni həmkarı edvard Nalbandyanın dəvəti ilə Ermənistan səfər edəcək. AzVision. az-ın erməni mətbuatına istinadən xəbər verir ki, Zəbarinin səfəri iki gün davam edəcək.

İraqlı naziri Ermənistan prezidenti Serj Sarkisyan qəbul edəcək.
Zəbari, Ermənistan Parlamentinin spikeri Ovik Abramyan, baş nazir Tiqran Sarkisyan , eləcə də parlamentin Ermənistan-İraq dövlətlərarası komissiyasının həmsədri, Ermənistanın ərazi idarəetməsi Armen Qevorkyanla görüşəcək.

Ermənistan və İraq xarici siyasət rəhbərlərinin görüşü isə dekabrın 3-də baş tutacaq.

Elə həmin gün Zəbari, Tsitsernakaberddə “erməni genosidi qurbanlarını” yad edəcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti