50 yaşlı qohumunu öldürüb, meyitini gölə atdı - İmişlidə qətl

50 yaşlı qohumunu öldürüb, meyitini gölə atdı  -  İmişlidə qətl
  27 İyul 2019    Oxunub:3455
İmişli rayonunda qətl hadisəsi törədilib.
Hadisə iyulun 20-də rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, əslən Füzuli rayonundan məcburi köçkün düşmüş və İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu yaxın qohumu, Füzuli rayonunun Horadiz şəhərində qeydiyyatda olan 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlunu dəmir parçası ilə vuraraq qətlə yetirib. Daha sonra cəsədi yaxınlıqda olan su gölünə atıb.

Hazırda cəsədin sudan çıxarılması üçün FHN-in dalğıcları əraziyə cəlb edilib, axtarışlar davam etdirilir. (Report)

Azvision.az



Teqlər: İmişli   Qətl   Meyit  





Xəbər lenti