Ermənilərin qətlə yetirdiyi Zəhranın ailəsi - YENİ FOTO

  Ermənilərin qətlə yetirdiyi Zəhranın ailəsi -    YENİ FOTO
  26 İyul 2019    Oxunub:4335
Milli Məclisin (MM) sədr müavini Bahar Muradova Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı qüüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın ailəsinə baş çəkib.
Azvision.az xəbər verir ki, bu barədə vitse-spiker "Facebook" səhifəsində məlumat paylaşıb.

B. Muradova Zəhranın məzarını ziyarət edib, onun ailəsi ilə görüşüb.



Qeyd edək ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.



Azvision.az


Teqlər: Zəhra  





Xəbər lenti