Masallıda 3 maşın toqquşub, ölən var

Masallıda 3 maşın toqquşub, ölən var
  26 İyul 2019    Oxunub:2114
İyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Masallı   Qəza  





Xəbər lenti