“JARA”da bir nəfər dizindən zədələnib

“JARA”da bir nəfər dizindən zədələnib
  26 İyul 2019    Oxunub:1310
“JARA” festivalı keçirilən ərazidə növbə çəkən təcili tibbi yardım briqadasına 1 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 26 yaşlı Azərbaycan vətəndaşı sol diz qapağının səthi travmasından şikayətlənib. Həkimlər ona yerində yardım göstəriblər.

Qeyd edək ki, “JARA” festivalı keçirilən ərazilərdə təcili tibbi yardım briqadaları növbə çəkirlər.

Aytən Zəhra
Azvision.az


Teqlər: SN   Jara  





Xəbər lenti