“Cənab prezident, mən dələduz deyiləm”- Gülər Əhmədova

“Cənab prezident, mən dələduz deyiləm”- Gülər Əhmədova
  02 Dekabr 2013    Oxunub:1167
Bu gün sabiq millət vəkili Gülər Əhmədova növbəti dəfə hakim qarşısına çıxıb.

AzVision.az-ın eks-deputatın məkhəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, G.Əhmədova nəhayət sonuncu çıxışını edə bilib.

O yenidən günahsız olduğunu bildirib və qeyd edib ki, Elşad Abdullayevdən heç bir zaman pul almayıb, günahsızdır.

Sabiq millət vəkili xahiş edib ki, ona mərhəmət göstərilsin. Azyaşlı uşağının olması, səhhətinin pis olmağı və ailəsində ağır xəstənin olmağı nəzərə alınsın.

Keçmiş deputat həmçinin prezident İlham Əliyevə müraciət edərək ölkə başçısından kömək istəyib.

“Cənab prezident, mən dələduz deyiləm. Mən sizin uzun illər tanıdığınız adamam. Adam bir günün içində dəyişə bilməz.
Mən Heydər Əliyevin siyasətə gətirdiyi adam kimi onun siyasi kursuna həmişə sadiq olmuşam. Çünki Heydər Əliyev Azərbaycan və müstəqillik deməkdir. Bunlar mənim üçün hər şeydən önəmlidir.

Zaman gələcək ki, mənim günahkar olmamağım məlum olacaq. Çünki bəzi şeylərin aşkarlanması üçün zamana ehtiyac var. Siyasətlə məşğul olan adam kimi mən bunu yaxşı bilirəm.
Xahiş edirəm ki, mənə mərhəmət göstərin. Azyaşlı uşağımı, səhhətimi və ailəmdə ağır xəstənin olmasını nəzərə alın”.

G.Əhmədovanın çıxışından sonra hakimlər bu gün saat 15:00-da ona hökm oxunacağını bildiriblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti