Dənizdən 3 gəncin meyiti çıxarıldı

   Dənizdən 3 gəncin meyiti çıxarıldı
  25 İyul 2019    Oxunub:2073
24 iyul tarixində Neftçala rayonunda, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlunun, 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun və 1993-cü il təvəllüdlü Alıkişiyev Fariz Arif oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hər üç şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN   Çimərlik   Dəniz  





Xəbər lenti