"S-400"lərin Türkiyəyə tədarükünün ilk mərhələsi başa çatıb

"S-400"lərin Türkiyəyə tədarükünün ilk mərhələsi başa çatıb
  25 İyul 2019    Oxunub:1302
Rusiyanın "S-400" zenit-raket kompleksinin Türkiyəyə tədarük edilməsinin birinci mərhələsi başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "S-400" zenit-raket kompleksi hissələrinin ilk partiyasının Ankaradakı Murtəd Hava Bazasına tədarükü başa çatıb. İkinci partiyanın da Ankaraya təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, "S-400" kompleksinin Türkiyəyə ilk tədarükü iyulun 12-də başlamışdı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Türkiyə   Raket  





Xəbər lenti