Azərbaycandan sonra Putindən viza qərarı

   Azərbaycandan sonra Putindən viza qərarı
  25 İyul 2019    Oxunub:4171
Rusiya xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına qarşı viza tətbiqini ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Yeni qərara əsasən, bu kateqoriyadan olan Türkiyə vətəndaşları Rusiyaya yalnız qısa müddətli işgüzar səfərləri yox, bütün növ səfərləri vizasız həyata keçirə biləcəklər. Türkiyə də eyni imtiyazları Rusiya vətəndaşlarına şamil etməlidir.

Qeyd edək ki, bu gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib. Senytabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Rusiya   Türkiyə   Viza   Pasport  





Xəbər lenti