Qətl törədən keçmiş məhkum saxlanıldı

Qətl törədən keçmiş məhkum saxlanıldı
  25 İyul 2019    Oxunub:1867
İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, o, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada dünyasını dəyişib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qətl  





Xəbər lenti