Sərhəddəki atışma ilə bağlı yeni MƏLUMAT

Sərhəddəki atışma ilə bağlı  yeni MƏLUMAT
  02 Dekabr 2013    Oxunub:1038
“Dünən axşam saatlarında İranla sərhəddə baş verən atışma ilə bağlı hazırda araşdırma aparılır”.
Bu barədə AzVision.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən bildirilib.

Mətbuatda hadisə ilə bağl yayılan məlumatlara reaksiya verən qurum qeyd edib ki, hazırda hadisə araşdırılır, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bildirilib ki, DSX hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək.

“Üzeyir Cəfərov müstəqil adamdır, istədiyi bəyanatı verə bilər. Dövlət Sərhəd Xidməti rəsmi açıqlamasını öz saytına yerləşdirib və məlumat verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, hərbi-ekspert Üzeyir Cəfərov bu gün facebook səhifəsində sərhəddə baş verən atışma ilə bağlı ilginc məlumat paylaşıb.

“Dünən gecə bu məlumatın təcili yayılması onu deməyə əsas verir ki, DSX-nin başbilənləri istəməyiblər ki, səhər bu hadisə haqqında dəqiq və dolğun məlumat yayılsın. İndi qoy açıqlasınlar ki, 1 hərbçiyə atəş açıb onu öldürən(lər), ikisini isə yaralayan kim(lər) olub?. Bizə verilən məlumat isə ondan ibarətdir ki, hadisə səhv qurulmuş əməliyyat nəticəsində baş verib və öz hərbçilərimiz yoldaşlarına səhvən atəş açıblar. Gözləyək görək DSX nə məlumat verir?”

Xatırladaq ki, Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir hərbçi həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti