Qusarda 254 çətənə kolu məhv edilib - FOTO

Qusarda 254 çətənə kolu məhv edilib -    FOTO
  25 İyul 2019    Oxunub:1505
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kənd ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.



Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: Çətənə   Qusar  





Xəbər lenti