Belarus diplomatı Türkiyədə güllələndi

 Belarus diplomatı Türkiyədə güllələndi
  25 İyul 2019    Oxunub:2222
Belarusun Ankaradakı səfirliyinin inzibati işlər üzrə müşaviri Aleksandr Poqanşev güllələnib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çankaya bölgəsində baş verib.
Silahlı insident nəticəsində iki güllə yarası alan Poqanşev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Hazırda onun vəziyyətinin kritik olduğu deyilir.

Məlumata görə, diplomatı güllələyən şəxs onun qonşusu olub. Keçmiş hərbçi olan Türkiyə vətəndaşının hadisədən sonra silahla özünü öldürdüyü bildirilir.

Azvision.az



Teqlər: Türkiyə   Diplomat  





Xəbər lenti