Koçaryanın silah tələbi: "Bunları mənə liderlər hədiyyə edib"

Koçaryanın silah tələbi:  "Bunları mənə liderlər hədiyyə edib"
  24 İyul 2019    Oxunub:1707
Ermənistanın eks-prezidenti Robert Koçaryan İrəvanın Cinayət Apelyasiya Məhkəməsinin iclasında istintaq orqanlarından ondan götürülən bir neçə silahın geri qaytarılmasını tələb edib.
Azvision.az -ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Koçaryan bildirib ki, keçən il ilk dəfə həbsdən azad edildikdən sonra iki dəfə vəkillərin iştirakı ilə müstəntiqdən silahlarının qaytarılmasını istəyib.

Keçmiş prezident bu silahın ona qarşı qaldırılan cinayət işi ilə heç bir əlaqəsinin olmadığını söyləyib.

“Müstəntiq bundan imtina etdi. Mən ona dedim ki, başa düşürəm, bu məsələni həll etmək səlahiyyətində deyilsən. Amma qanuni silahımdır və geri qaytarılmalıdır. Bu silahdan 1 mart hadisələri zamanı atəş açılmayıb ki, müstəntiqlərdə hansısa şübhə yaratsın. Bunlar mənə digər ölkələrin liderləri tərəfindən hədiyyə olunub”.

Qeyd edək ki, Apelyasiya məhkəməsi Koçaryanın əmlakı üzərindən həbsin qismən götürülməsi ilə bağlı prokurorluğun şikayətinə baxır. Sabiq prezidentin əmlak və bank hesablarına 2018-ci ilin 30 iyul tarixində həbs qoyulub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RobertKoçaryan   İrəvan  





Xəbər lenti