Türkiyədə turist avtobusu aşıb - 20 yaralı

Türkiyədə turist avtobusu aşıb -    20 yaralı
  24 İyul 2019    Oxunub:1881
Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, Kəmər rayonunda turistləri daşıyan avtobus dərəyə aşıb. Hadisə nəticəsində biri ağır olmaqla 20 nəfər xəsarət alıb.

Ehtimal edilir ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Araşdırma aparılır.

Azvision.az



Teqlər: Türkiyə   Qəza   Avtobus  





Xəbər lenti