Boris Conson baş nazir seçildi

 Boris Conson baş nazir seçildi
  23 İyul 2019    Oxunub:2747
Böyük Britaniyanın yeni Baş naziri məlum olub.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, sabiq xarici işlər naziri Boris Conson baş nazir seçilib. O, bundan əlavə, İngiltərənin Mühafizəkarlar Partiyasına rəhbərlik edəcək.
Yeni Baş nazir sabahdan vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, B. Conson 2008-2016-ci ildə London şəhərinin meri, 2016-2018-ci ildə isə Böyük Britaniyanın xarici işlər naziri olub.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: BorisConson  





Xəbər lenti