Keçmiş məhkum Qubada qətl törədib

Keçmiş məhkum Qubada qətl törədib
  23 İyul 2019    Oxunub:1962
İyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunan C.Əhmədxanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti