Göyçayda qəza: “KamAZ”lar aşdı, yol bağlandı - FOTOLAR

   Göyçayda qəza: “KamAZ”lar aşdı, yol bağlandı -    FOTOLAR
  23 İyul 2019    Oxunub:7486
Bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Ünkütlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, “KamAZ” markalı iki yük avtomobili və “VAZ 21011” markalı minik avtomobili toqquşub.
Qəza zamanı 1 nəfər xəsarət alıb. Hadisə nəticəsində yük avtomobilləri aşıb və yolda hərəkət məhdudlaşıb.

Faktla bağlı araşdırma aparılır.











Davud Tarverdiyev
Azvision.az


Teqlər: Göyçay   Qəza  





Xəbər lenti