Rusiya təyyarələri hava məkanını pozdu, atəş açıldı

 Rusiya təyyarələri hava məkanını pozdu, atəş açıldı
  23 İyul 2019    Oxunub:2318
Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarəsi Cənubi Koreyanın hava məkanını iki dəfə pozub.
Azvision.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, hava məkanının pozulmasına cavab olaraq Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinin qırıcıları xəbərdarlıq atəşi açıblar.

Hadisə Yapon dənizində yerləşən Tokto adaları yaxınlığında baş verib. Həmin adalar Koreya ilə Yaponiya arasında mübahisəli ərazi sayılır.

Qeyd edilib ki, hava məkanına Rusiyanın üç və Çinin iki təyyarəsi daxil olub. Rusiyanın bir təyyarəsi hava məkanını iki dəfə pozub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   Koreya  





Xəbər lenti