Ermənistanda qanlı olay: Uşaq iki nəfəri bıçaqladı

Ermənistanda qanlı olay:  Uşaq iki nəfəri bıçaqladı
  23 İyul 2019    Oxunub:1707
Ermənistanın Abovyan şəhərində bıçaqlanma hadisəsi baş verib. Qanlı olay nəticəsində iki yeniyetmə yaralanıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hadisə iyulun 22-də gecə saatlarında qeydə alınıb. Yaralanan 15 və 17 yaşlı yeniyetmələr tibb mərkəzinə yerləşdirilib.

Həkimlər onların həyatını xilas edə biliblər. Yeniyetmələri bıçaqlamaqda şübhəli bilinən digər azyaşlı saxlanılaraq polis bölməsinə aparılıb.

İlkin məlumata görə, yeniyetmələr arasında dava şəxsi münasibətlər zəminində baş verib. Bu zaman azyaşlılardan biri davanın iki iştirakçısına bıçaq zərbəsi vurub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlə bağlı araşdırma aparırlar.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   bıçaqlanma  





Xəbər lenti