Çaylarda suyun səviyyəsi dəyişib
Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, iyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 83 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 112 kub/s olmaqla, ongünlük normadan az olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 40 kub/s təşkil etməklə ongünlük normadan az olub.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 9 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 10 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 43 kub/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 19-da isə 318 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 57 sm qeydə alınıb. 2018-ci il iyulun 19-da isə bu rəqəm 153 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm azalıb və 69 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 63 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 158 sm olub və bu göstərici 2018-ci il iyulun 19-da 171 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 sm azalaraq 27 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il iyulun 19-da isə 40 sm təşkil edib.
Azvision.az