Somalidə partlayış, 10 nəfər həlak olub

Somalidə partlayış, 10 nəfər həlak olub
  22 İyul 2019    Oxunub:1811
Somalinin paytaxtı Moqadişoda baş verən partlayışda 10-dan çox adam həlak olub.
Azvision.az xəbər verir ki, partlayış Moqadişo Beynəlxalq Hava Limanına gedən yolda, nəzarət - keçid məntəqəsinin yaxınlığındakı avtomobildə baş verib.

Partlayış yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Məlumata görə, partlayışdan sonra silah səsləri eşidilib.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Somali  





Xəbər lenti