Berdiməhəmmədovun ölüm xəbəri təkzib edildi - Yenilənib

Berdiməhəmmədovun ölüm xəbəri təkzib edildi -  Yenilənib
  21 İyul 2019    Oxunub:5441
Türkmənistanın Rusiyadakı səfirliyi prezident Qurbanqulu Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, səfirlik rəsmisi məlumatı təkzib edib və Berdiməhəmmədovun ölümü barədə informasiyaların tamamilə yalan olduğunu bəyan edib.

***
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb.

Azvision.az xəbər verir ki, bu barədə “Qovorit Moskva” Avrasiya Problemləri Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayeva istinadən məlumat yayıb.

Bildirilib ki, türkmənbaşının ölümü haqqında Aşqabadda çalışan iş adamları məlumat veriblər. Onlar iddia edirlər ki, Berdiməhəmmədov məzuniyyətdə olarkən vəfat edib. Prezidentin böyrək çatışmazlığından öldüyü deyilir.

Qeyd edək ki, Q.Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb.

Azvision.az



Teqlər: Türkmənistan  





Xəbər lenti