Gəncə vağzalında iki vaqon yanıb - Yenilənib

 Gəncə vağzalında iki vaqon yanıb -  Yenilənib
  22 İyul 2019    Oxunub:4351
Gəncə şəhərinin Kəpəz rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryol vağzalının ərazisində, ehtiyat yolda dayanan hər birinin sahəsi 12 m² olan istismara yararsız 2 ədəd vaqonun yanar hissələri və içərisinə yığılan taxta və məişət tullantıları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqda dayanan vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xəttdə dayanmış 2 vaqon yanır.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Vaqon  





Xəbər lenti