Bakıda dostların mübahisəsi bıçaqlanma ilə bitdi

Bakıda dostların mübahisəsi bıçaqlanma ilə bitdi
  21 İyul 2019    Oxunub:1799
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlanıb.
Azvision.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, şərti olaraq "Köhnə tolkuçka" adlanan ərazidə 28 yaşlı Rafael Süleymanovla dostu arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı R.Süleymanov dostu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Dost   Cinayət  





Xəbər lenti