Bərdədə ticarət obyektlərində yanğın olub

   Bərdədə ticarət obyektlərində yanğın olub
  21 İyul 2019    Oxunub:3007
Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində güclü yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 2 min kvadratmetr olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) 590 kvadratmetri yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Bərdə   Yanğın  





Xəbər lenti